Hüseyn Abdullayevə məxsus obyekt müğənni Gülyaz Məmmədovanın adına keçirilib


Digərləri 30 Apr 2019 16:12:00 231 0

Hüseyn Abdullayevə məxsus obyekt müğənni Gülyaz Məmmədovanın adına keçirilib

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən Zeynəb Abdullayeva bəzi səhmdarların zavoddan uzaqlaşmasına baxmayaraq onlara dividentlərin verildiyini bildirib: "Bəziləri ünvanı dəyişdi, bəziləri rəhmətə getdi. Amma yenə də dividentlər hesablanırdı". Prosesdə ifadə verən xalq artisti Gülyaz Məmmədova H.Abdullayevə məxsus obyektin deputat Cavanşir Feyziyev tərəfindən onun adına keçirildiyini bildirib. Gülyaz Məmmədova həmin obyektin yerini bilmədiyini deyib. Təqsirləndirilən şəxs Zeynəb Abdullayeva bildirib ki, həmin obyekt 4 milyon manata satılıb.