Rio Ferdinand Manchester United-ə qayıdır


İdman 30 Apr 2019 15:39:00 268 0

Rio Ferdinand Manchester United-ə qayıdır

Manchester United-in keçmiş futbolçusu Rio Ferdinand yenidən “qırmızı şeytanlar”a qoşula bilər.

Goal.az xəbər verir ki, Manchester United rəhbərliyi sabiq müdafiəçini klubda idman direktoru vəzifəsinə gətirmək istəyir. İngiltərə mətbuatının yadığı xəbərdə, Manchester United-in icraçı direktoru Ed Vudvordun artıq Ferdinandla görüşdüyü bildirilir. Ferdinand klubun idman direktoru olmağa yeganə namizəddir.

Ferdinand 2012-2014-cü illər aralığında Manchester United-in şərəfini qoruyub.