Cəlilabadda qızı boğub, anasının isə başını kəsdilər


Kriminal 30 Apr 2019 15:19:00 213 0

Cəlilabadda qızı boğub, anasının isə başını kəsdilər

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmə və quldurluq etmədə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Y.Bayramov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 29-da gecə saatlarında Cəlilabad rayonunun Qarazəncir kəndində baş verib.

Kənd sakini 86 yaşlı Firuzə Əsgərova və onun qızı, 46 yaşlı Sənubər Əsgərova qətlə yetirilib.

Qətli Əsgərovların qonşuluğunda yaşayan 1984-cü il təvəllüdlü Yaşar Bayramovun törətdiyi məlum olub.

Yaşar Bayramov 2011-ci ilin avqustun 17-də Firuzə Əsgərovanın oğlu Oqtayı bıçaqlayıb. Onun şikayəti əsasında Yaşar Bayramov həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ildə keçirlən iclaslarında Yaşar Bayramovun cinayət törətdiyi sübuta yetirilib. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Cəzasını çəkən Yaşar Bayramov ötən il azadlığa çıxıb. Yaşar Bayramov Oqtay Əsgərovu öldürəcəyi ilə hədələyib. Amma o, azadlığa çıxdıqdan bir neçə gün sonra Oqtay vəfat edib. İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb. Həbsdən azad olunan Yaşar Bayramov Cəlilabad rayonunda deyil, paytaxtda yaşamağa başlayıb. O, paytaxtda kirayədə yaşayıb və fəhləliklə məşğul olub.