Xurmanın qiyməti 6 dəfə bahalaşdı


Dünya 30 Apr 2019 14:52:00 202 0

Xurmanın qiyməti 6 dəfə bahalaşdı

İranda xurmanın qiyməti 6 dəfə bahalaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 1 kq xurma 300-350 min riala (təxminən 7,14-8,33 dollar) satılır.

İranın Milli Xurma Assosiasiyasının katibi Əli Əsğər Musəvi deyib ki, xurma yığımı mövsümündə dəllallar hər 1 kq xurmanı sadəcə 15-30 riala (təxminən 0,35-0,71 dollar) təsərrüfatçılardan satın alır, sonrakı aylarda, əsasən də Ramazan ayında qiyməti süni şəkildə artırırlar.

1 kq xurmanın real qiyməti isə 40-50 min rialdır (təxminən 0,95-1,19 dollar).

Statistikaya əsasən, İranda 500-550 min ton xurma istifadə edilir. İran xurmasının əsas hissəsi dünya bazarlarına ixrac edilir.