Ronaldo üçün 11 milyon avroluq avtomobil hazırlanır - FOTO


İdman 30 Apr 2019 14:23:00 210 0

Ronaldo üçün 11 milyon avroluq avtomobil hazırlanır - FOTO

Juventus-un ulduz futbolçusu Kriştiano Ronaldo avtomobil kolleksiyasına daha birini əlavə edəcək.

Goal.az xəbər verir ki, “Bugatti” markalı, “La Voiture Noire” model olan avtomobilin qiyməti 11 milyon avrodur.

Martda Cenevrədə təqdimatı keçirilən avtomobildən yalnız Ronaldoda olacaq. Onun üçün xüsusi hazırlanan avtomobilin tamamlanması 2021-ci ilə planlaşdırılıb.

Bu həm də istehsalçıların 110 illik yubileyinə həsr ediləcək. Avtomobil 1500 at gücündə olacaq. Sürəti isə saatda 420 km-ə çatacaq.