Bakı sakininin avtomobilinə ciddi ziyan vuran şəxslər saxlanılıb


Digərləri 30 Apr 2019 14:42:00 207 0

Bakı sakininin avtomobilinə ciddi ziyan vuran şəxslər saxlanılıb

Bakı sakininin avtomobilinə ciddi ziyan vuran şəxslər saxlanılıb

Bakı. Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ç.Naxçıvani aprelin 14-də saat 1 radələrində yaşadığı evin qarşısında 2 nəfərin onun “Mercedes” markalı avtomobilinin şüşəsini və farasını sındırmasını, habelə qapısını və yük yerini əzməsini bildirib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Qarayev və M.Papaxov saxlanılıblar.