Azərbaycan ərəb ölkəsinə yumurta ixracına başlayıb


Digərləri 30 Apr 2019 14:34:00 194 0

Azərbaycan ərəb ölkəsinə yumurta ixracına başlayıb

Hacıqabul quşçuluq fabriki bu aydan etibarən Qətərə yumurta ixracına başlayıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə müəssisədən bildiriblər.

Məlumatda qeyd olunur ki, tədarük həcmi 1000 bağlama və ya 36 min ədəd yumurta təşkil edib:

"Biz Qətərə tədarük həcmini 40-45 min ədədədək artırmağı planlaşdırırıq. İl ərzində fabrik 30-35 milyon yumurta istehsal edir".

Müəssisədən bildiriblər ki, fabrikin istehsal etdiyi yumurta İraq, İran və Əfqanıstana tədarük edilir.