Məktəbdə faciə: Silahla 14 yaşlı oğlanın başından vurdular VİDEO


Dünya 30 Apr 2019 14:20:00 288 0

Məktəbdə faciə: Silahla 14 yaşlı oğlanın başından vurdular  VİDEO

Məktəbin akt zalında təşkil olunan tamaşanın məşqləri zamanı faciə baş verib.

Son.az Metro-ya istinadla xəbər verir ki, olay Rusiyanın paytaxtı Moskva şəhərindəki məktəblərin birində yaşanıb.

Belə ki, tamaşanın məşqi zamanı adam öldürmə səhnəsində bilmədən pnevmatik silahdan istifadə olunub. Açılan atəş nəticəsində silahdan çıxan plastik güllə 14 yaşlı Nikita adlı oğlanı başından yaralayıb.

O, təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, Nikitanın vəziyyəti ağırdır.