AYİB Azərbaycan üzrə yeni strategiyanı təsdiqləyib


Digərləri 30 Apr 2019 13:55:23 178 0

AYİB Azərbaycan üzrə yeni strategiyanı təsdiqləyib

Yeni strategiya 2019-2024-cü illəri əhatə edir

Bakı. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycan üçün növbəti 5 il ərzində investisiyalarını idarə edəcək yeni strategiyanı təsdiq edib. AYİB-dən Trend-ə verilən məlumata görə, yeni strategiya 2019-2024-cü illəri əhatə edir. Qeyri-neft sektorlarında özəl sektorun inkişafını dəstəkləməklə, və özəl və dövlət şirkətlərinin idarəetməsini gücləndirməklə, Bank Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcək. Bununla yanaşı, yerli bank və qeyri-bank təşkilatlarında kreditləşdirməni stimullaşdırmaqla, və yerli valyuta və kapital bazarlarının inkişafına yardım etməklə, AYİB yerli bizneslərin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsi istiqamətində işini davam etdirəcək. Eləcə də bərpa olunan enerji mənbələri, artan enerji səmərəliliyi, daha təmiz nəqliyyat və dayanıqlı infrastruktur da daxil olmaqla, Bank ölkənin yaşıl iqtisadiyyatına dəstəyini artıracaq.