Çin Kanada vətəndaşını edam edəcək


Dünya 30 Apr 2019 13:44:00 201 0

Çin Kanada vətəndaşını edam edəcək

Çinin cənubunda Tszyanmen Şəhər Xalq Məhkəməsi narkotik vasitələrin satışına görə Kanada vətəndaşı barəsində ən ağır - edam hökmü çıxarıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, saxlanlmış Fan Vey qadağan olunmuş, böyük həcmdə preparat satışında ittiham olunur.

Onunla bərabər daha 10 nəfərin saxlanıldığı bildirilir. Saxlanılanlar arasında ABŞ və 4 Meksika vətəndaşı olduğu deyilir. Onlar isə ömürlük həbs cəzasına məhkum ediliblər.

Şəbəkə üzvləri metamfetamin istehsalı ilə məşğul olublar.