Georgi Fyodorov: "Dağlıq Qarabağ münaqişəsinin həlli yolundakı əsas əngəl etimadsızlıqdır"


Siyasət 30 Apr 2019 13:20:00 271 0

Georgi Fyodorov: "Dağlıq Qarabağ münaqişəsinin həlli yolundakı əsas əngəl etimadsızlıqdır"

İndiki mərhələdə demək olmaz ki, Ermənistanın hazırkı rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti öz sələflərinin siyasətindən prinsipial şəkildə fərqlənir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azernews-a müsahibəsində rusiyalı ekspert Georgi Fyodorov deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli yolundakı əsas əngəl etimadsızlıqdır.

Ekspert aprelin 15-də Moskvada keçirilən Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü müsbət qiymətləndirib:

"Görüşün bu formatda keçirilməsi yaxşıdır. Dialoq təşkil edilib və davam edir. Bundan başqa, bu mərhələdə insanlar arasında təmasların yaradılması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlı ilkin razılaşmalar, həmçinin əsirlikdə saxlanan şəxslərin yaxınlarının ziyarətlərinə icazə verilməsi ilə bağlı tədbirlər mühüm nailiyyətlər hesab olunur. Həll edilməmiş bir çox məsələ qalsa da, bu, iki ölkə arasındakı münasibətlərdə mühüm irəliləyişdir. Digər tərəfdən də heç kim demirdi ki, Dağlıq Qarabağ münaqişəsi bir anda həll olunacaq. Bu, uzun prosesdir və tərəflərin ciddi səylərini tələb edir".