Nazir müavini: "Bu gün məhkəmələrin təxminən 60 faizindən çoxu elektron sistemə qoşulub"


Digərləri 30 Apr 2019 13:30:00 244 0

Nazir müavini: "Bu gün məhkəmələrin təxminən 60 faizindən çoxu elektron sistemə qoşulub"

Bu ayın əvvəlində Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında imzaladığı fərmanda məhkəmələrin bundan sonrakı inkişafını təmin edəcək qanunvericilik, institusional və praktik xarakterli bir çox tövsiyələr verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini Azər Cəfərov deyib

Onun sözlərinə görə, bu tövsiyə və tapşırıqların içərisində Azərbaycanda ədalət mühakiməsinin rəqəmsallaşdırılması işinin daha da genişləndirilməsi, bütövlükdə bu prosesin daha da təkmilləşdirilməsi barədə tapşırıq da var: "Əslində bu tapşırıq 2014-cü ildə Prezident İlham Əliyevin Azərbaycanda elektron-məhkəmə informasiya sisteminin yaradılması barədə sərəncamının davamıdır. Ötən müddət ərzində xeyli işlər görülüb. Artıq bu sistem fəaliyyətdədir və məhkəmələrin təxminən 60 faizindən çoxu və qərarları icra edən qurumların xeyli hissəsi sistemə qoşulub".

A.Cəfərov qarşıda duran mühüm vəzifələr barədə də danışıb: "Bu vəzifələrdən biri də vətəndaşlarımızı bu sistemin imkanları barədə daha ətraflı tanış etmək, onlara bu sistemdən yararlanma vərdişlərini aşılamaqdır. Hesab edirik ki, vətəndaş cəmiyyəti və KİV nümayəndələri bu işdə yardımçı ola bilərlər".