1 il oynamayan futbolçuya yeni müqavilə təklif etdilər


İdman 30 Apr 2019 13:19:00 185 0

1 il oynamayan futbolçuya yeni müqavilə təklif etdilər

Liverpool rəhbərliyi maraqlı addımla diqqət mərkəzinə düşüb.

Goal.az-ın məlumatına görə, "qırmızılar" yarımmüdafiəçi Aleks Oksleyd-Çemberleynə yeni müqavilə təklif edib.

İngilis klubu bu addımı ilə zədədən yenicə dönən 25 yaşlı futbolçuya dəstək nümayiş etdirib. Oyunçuya 2023-cü ilin yayına qədər müqavilə təklif olunub və razılıq əldə edilsə, məvacibi də artırılacaq (həftəlik 140 min avro).

Qeyd edək ki, bir il zədədən əziyyət çəkən Aleks Oksleyd-Çemberleyn Huddersfield-lə (5:0) son matçda dönüşünü qeyd edib.