Bakıda iki qardaşdan qadına qarşı zorakılıq
Kriminal 30 Apr 2019 13:03:00 235 0
Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Son.az teleqraf.com-a istinadən xəbər verir ki, 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini X.Əhmədova aprelin 28-də saat 14 radələrində A.Kunanbayev küçəsində 2 nəfərin ona zor tətbiq edərək qızıl boyunbağısını aldıqlarını bildirib.
5-ci polis bölməsi və Metropolitendə polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri N.Həsənzadə və qardaşı Ruslan qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Mənbə: milli.az