Ceyhun Bayramov: "ADNSUdakı məşum hadisə bizi terrora "yox" deməyə səsləyir"


Digərləri 30 Apr 2019 13:05:00 281 0

Ceyhun Bayramov: "ADNSUdakı məşum hadisə bizi terrora "yox" deməyə səsləyir"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) baş verən məşum hadisə bizi terrora "yox" deməyə səsləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 10 il əvvəl baş verən terror aktına görə Faceboook səhifəsində yazdığı başsağlığında qeyd edib.

Nazir qeyd edib: "Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində törədilən terror aktından 10 il keçir. İnsan tələfatı ilə nəticələnən qanlı qətl hadisəsi zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və ailə üzvlərinə başsağlığı verirəm. Bu məşum hadisə şiddətə, terrora yox deməyə, bizi birləşdirən insani dəyərləri daha çox bölüşməyə səsləyir".