Havay adalarında helikopter küçəyə düşdü:


Dünya 30 Apr 2019 12:49:00 240 0

Havay adalarında helikopter küçəyə düşdü:

Havay adalarının Kailua şəhərində helikopter sıx məskunlaşmış küçəyə düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

Qeyd olunur ki, qəzaya pilotun idarəetməni itirməsi səbəb olub. Qəzadan sonra helikopter yanmağa başlayıb.

Bölgədə yaşayan qonşular su şlanqları ilə helikopteri söndürməyə çalışıb və azı bir nəfəri yanan helikopterdən xilas edib.