“Deyirdim ki, belə etməyin, bizi efirdə vurmayın”


Şou-biznes 30 Apr 2019 12:22:00 215 0

“Deyirdim ki, belə etməyin, bizi efirdə vurmayın”

Allaha sığınmaq lazımdır. Demirəm ki, kiməsə qarğış et. Çünki kimsə qarğış edirsə, o, gəlib həmin adamdan keçir. Vaxtı gələndə, haqq öz yerini tapır. Sevda mənim yaxın dostum olduğu üçün belə etdim. Mən əks tərəfə pis bir söz də deməmişəm. Sadəcə, mənim dostlarıma kimsə dəyəndə və qarşı tərəfin də qəlbini qırmamaq şərti ilə müdafiə edirəm. Bu, həmişə belə olub və olacaq. Yox, əgər haqsız olarsa, onda qarışmıram. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Sənətçi son zamanlar ailə mövzusunda gündəmə gələn Sevda Yahyayevanı müdəfiə etməsinin səbəbini açıqlayıb:

"Əslində, bu işlərə çox da qarışmıram, çıxan xəbərləri də bir o qədər oxumuram. Mən sənətə gəldiyim gündən mənim haqqımda da nəsə deməyə çalışıblar. Fikir verməsən, müəyyən vaxtdan sonra yox olub gedir. Hər şey sənin öz əlindədir.

Bu gün sosial şəbəkə çıxandan sonra efirlər baxımsız olub. İllərdir ki, mən efir adamlarına deyirdim ki, belə etməyin, bizi efirdə vurmayın. Sözlərimizi olduğu kimi təqdim edin, sonra insanlar bizdən küsür. Cümləni elə dəyişirlər ki, baxan düşünür, yəqin müğənnilər bir-biri ilə danışmırlar. İndi efirlərdə ancaq baxımsız verilişlər qalıb. Onlarda baxımlı olmaq üçün üzdə olan insanlarla qalmaqal edirlər. Heç kim uşaq deyil".