DTXnin Heydər Əliyev adına Akademiyasında "Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri" mövzusunda interaktiv seminar keçirilib


Digərləri 30 Apr 2019 12:26:00 279 0

DTXnin Heydər Əliyev adına Akademiyasında "Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri" mövzusunda interaktiv seminar keçirilib

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında "Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri" mövzusunda interaktiv seminar keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, interaktiv seminarların keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli-mənəvi və əxlaqi irsin qorunması ruhunda tərbiyələndirilməsi, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi və ictimai maarifləndirilməsi üzrə tapşırıqlarının həyata keçirilməsidir.

Bakı şəhərinin ümumtəhsil müəssisələrinin 10-cu və 11-ci sinif şagirdləri üçün "Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri" mövzusunda təşkil olunan ilk interaktiv seminarda çıxış edən Akademiyanın rəis müavini Elşad Nəsirov deyib ki, dövlət tərəfindən müasir texnologiyaların inkişafına böyük sərmayələr qoyulur:

"Bu sahədə inkişaf heç də həmişə problemsiz ötüşmür. Bizim üçün təhlükəli olan informasiyaların əldə olunması asanlaşır. Həmin informasiyaların qurbanları əsasən uşaqlar və gənclərdir. Bu kimi halların qarşısını almaq məqsədi ilə internetin, sosial şəbəkələrin ancaq müsbət cəhətlərindən istifadə etmək lazımdır".