Poçettino: "Messi olmasa, bütün komandaların şansı bərabərləşər"


İdman 30 Apr 2019 12:14:00 236 0

Poçettino: "Messi olmasa, bütün komandaların şansı bərabərləşər"

"Yaxşı komanda olduğumuz üçün yarımfinaldayıq. Bura qədər gəlməyimiz təsadüfi deyil".

Goal.az xəbər verir ki, bunu Tottenham-in baş məşqçisi Mauritsio Poçettino deyib.

London təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində ilk oyununda bu gün Ajax-ı qəbul edəcək.

Oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşən Poçettino ÇL-in favoritinin adını da açıqlayıb: "1/4 final mərhələsinə nəzər yetirsək, proqnoz verməyin çətinliyini görərik. Ancaq mən düşünürəm ki, Çempionlar Liqasının favoriti Lionel Messinin oynadığı komandadır. Həmin klub da Barcelona-dır. Messi olmasa, bütün yarımfinalçıların şansı bərabərləşər. O, dünyanın ən güclüsüdür və özünü Çempionlar Liqasını qazanmaq üçün motivasiya edib. Uzun illərdir yüksək səviyyədə çıxış edir. Hesab edirəm ki, özü istədiyi qədər də orda qalacaq".

Qeyd edək ki, Tottenham - Ajax görüşü Bakı vaxtı ilə 23:00-da start götürəcək.