Anri Belçika klubunu çalışdırmaq istəyir


İdman 30 Apr 2019 11:31:00 225 0

Anri Belçika klubunu çalışdırmaq istəyir

Fransalı məşqçi Tyerri Anri Belçikanın Anderlecht komandasının baş məşqçisi olmaq istəyir.

Goal.az "Hln.be" saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis Brüssel təmsilçisinə xidmətlərini təklif edib. Klub hazırda Anrinin komandaya baş məşqçi təyin olunması imkanını, çox güman ki, nəzərdən keçirmir.

Daha əvvəl Anrinin ABŞ-ın New-York Red Bulls komandasına rəhbərlik edəcəyi yazılsa da, klub bu xəbəri təkzib edib.

Qeyd edək ki, Tyerri Anri ötən ilin oktyabrında Fransa Monaco-sunun baş məşqçisi təyin olunub. O, uğursuz nəticələrə görə üç aydan sonra vəzifəsindən göndərilib. Sabiq hücumçu Fransa yığmasının heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub.