"Yalançı sən və əzizlərindi" İzləyicisi ilə Sevda arasında söz savaşı


Şou-biznes 30 Apr 2019 11:23:00 312 0

"Yalançı sən və əzizlərindi"  İzləyicisi ilə Sevda arasında söz savaşı

Müğənni Sevda Sanəliyeva izləyicisi ilə mübahisə edib

.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin paylaşdığı kiçik ev videosuna "Süni qadın. Belə evin yanından belə keçməzsən. Yalandan bəh-bəh demə" sözlərini yazıb. Ənənəsinə sadiq qalan Sevda yenə də izləyicisinə qarğış yazıb:

"Yalançı sən və əzizlərindi. Mən elə belə evdən gəlmişəm. Deyirsən, gözünü qan örtüb, kül sənin başına. Gözümü qan örtsəydi, hazırda yaşadığım orta həyat tərzini seçməzdim. Pullu, mallı yeri yox, hüzurlu yeri seçmişəm. Yenə dünyaya gəlsəm, bu həyatı seçərdim. Sənin kimi insanların başına daş salıram.

Məni kiminlə səhv salmısan? Xarici ölkələrdəki şəkillərimdən atın mən də baxım, yəqin yuxuda gedib gəzib, selfi edib qayıdıram. Mənim yaşadığım evi görmüsüz? Hazırda sıradan bir məhlədə və evdə yaşayıram. Sən yəqin ki, məni kiminləsə səhv salmısan".