20192023cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib


Digərləri 30 Apr 2019 10:35:00 183 0

20192023cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun "Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair" illik məlumatında qeyd edilib.

Sayca 3-cü Milli Fəaliyyət Planının icra müddətinin 2018-ci ildə başa çatması nəzərə alınaraq, insan alverinə qarşı mübarizənin davamlılığının təmin edilməsi üçün 2019-2023-cü illəri əhatə edən yeni fəaliyyət planı hazırlanıb. Aidiyyəti dövlət orqanlarının təklifləri əsasında hazırlanmış layihənin ilkin variantı 67 tədbirdən ibarətdir.

Sənəddə insan alverinə qarşı mübarizədə səlahiyyətli dövlət orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması, qurbanların reabilitasiyası və müdafiəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, profilaktik işi, cinayət təqibi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s. mühüm məsələlər əksini tapıb.