15 tondan çox Azərbaycan pomidoru Rusiyaya buraxılmadı


Digərləri 30 Apr 2019 10:12:00 224 0

15 tondan çox Azərbaycan pomidoru Rusiyaya buraxılmadı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan Rusiyaya aparılan külli miqdarda pomidoru ölkəyə buraxmayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Rosselxoznadzor"un Dağıstan bölməsinin müfəttişləri "Yaraq-Qazmalyar" beynəlxalq yoxlama məntəqəsində Azərbaycandan gələn 15,5 ton pomidoru saxlayıb.

Laboratoriya müayinələri üçün götürülmüş təzə pomidor nümunələrində Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkar edilib. Buna görə də məhsulun geri qaytarılmasına qərar verilib.

Qeyd olunur ki, bu zərərli gübrə kartof, badımcan, tütün və digər bitkilərə zərər verir.