Azərbaycan vətəndaşları daha çox Türkiyədə insan alverinin qurbanına çevrilirlər


Digərləri 30 Apr 2019 10:03:00 207 0

Azərbaycan vətəndaşları daha çox Türkiyədə insan alverinin qurbanına çevrilirlər

Ötən il Azərbaycanda 22 uşaq, 863 nəfər böyük insan alverinin qurbanı olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun "Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair" illik məlumatında qeyd edilib.

2018-ci ildə Azərbaycanda insan alveri qurbanlarının 812-si qadın, 73-ü kişi olub.

Ötən il ərzində insan alveri qurbanları arasında böyüklərin xüsusi çəkisi artıb. 2018-ci ildə insan alveri qurbanlarının 98 faizi böyüklər olduğu halda, 2017-ci ildə bu göstərici 71, 2016-cı ildə 70, 2015-ci ildə 63 faiz olub.

İnsan alveri qurbanlarının məruz qaldığı ölkələrin sırasında ilk yeri (70 faiz) Türkiyə tutur. İnsan alveri qurbanlarının 11 faizi Rusiyada, 9 faizi Birləşmiş Ərəb Əmirliyində, 6 faizi Azərbaycanda, 2 faizi Malayziyada, 1 faizi Pakistanda, 1 faizi İranda istismara məruz qalıb.