Kosmosa uçan ilk müsəlman Azərbaycanın 12 milyon dollarını “əkişdirdi”


Kriminal 30 Apr 2019 09:58:00 212 0

Kosmosa uçan ilk müsəlman Azərbaycanın 12 milyon dollarını “əkişdirdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, "Simurq" futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan "İnterglass" ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində "Azərbaycan Beynəlxalq Bankı" ASC, Vergilər Nazirliyi və "Aqrokreditbank" tanınıb.

Prosesdə şahid qismində Beynəlxalq Bankın Moskva filialının sabiq rəhbəri, Cahangir Hacıyevin yaxın dostu olmuş Fuad Abdullayev ifadə verib. O, 1992-ci ildən Beynəlxalq Bankında işlədiyini deyib: "Cahangir Hacıyev beynəlxalq Banıkın  rəhbəri olandan sonra 2001-ci ildə məni də Moskva filalının rəhbəri təyin etdi. Orada bir çox layihə işləri həyata keçirildi. 2015-ci ildə bankdan ayrılandan sonra götürülmüş kreditlərin aqibətindən xəbərim yoxdur. Kreditlərin verilməsində göstərişi Cahangir Hacıyev verib".

F.Abdullayev qeyd edib ki, bankda 69 veksel əməliyyatı həyata keçirilib. Onun sözlərinə görə, Qazaxıstanda "Kultuk" neft yatağı alınıb: "Cahangir Hacıyevi Emin Sadiqlə mən tanış elədim. Neft yatağının alınması ilə bağlı razılıq əldə olundu. Həmin neft yatağı bir neçə şəxsin adına rəsmiləşdirildi. Bankın adına isə - bankın Hətəm Həsənovun adlı əməkdaşının adına 60 faiz rəsmiləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Luksenburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişmə gedir".