Tesla sükansız idarə olunacaq avtomobil modelini təqdim edib


Digərləri 30 Apr 2019 08:41:00 191 0

Tesla sükansız idarə olunacaq avtomobil modelini təqdim edib

"Tesla" tərəfindən təşkil olunan təqdimatda gələcəyin pilotsuz  idarə olunacaq avtomobilləri təqdim olunub.

Son.az chip.az-a istinadən bildirir ki, "Tesla"nın  hazırladığı ağıllı və pilotsuz avtomobillər rəqiblərindən tamamilə fərqlənən modellərdir. Şirkət zəruri avadanlıqları olan və bu gün normal bir nəqliyyat vastəsi kimi istifadə edilə biləcək elektrikli avtomobillər istehsal edərək satır.

"General Motors" şirkəti yaxın günlərdə avtonom "Bolt EV" avtomobilini təqdim edərək məhsulun sükan çarxı olmayacağını bildirmişdi.

"Tesla" da özünün eyni formatlı avtomobilinin tanıtımını həyata keçirib. Sükan hissəsi boş qalan nəqliyyat vastəsinin robotlar tərəfindən idarə edilməsi düşünülüb. Sözü gedən avtomobillərə insanlar tərəfindən maraq çox olacağı təqdirdə gələcəkdə daxili sistemində dəyişikliklər də ediləcəyi gözlənilir.

Elon Musk gələcəkdə sükanların ümumiyyətlə  aradan qaldırılacağını və bu istəyi müştərilərin tələb edəcəyini bildirib.