Google 46 tətbiqi Play Storedən sildi


Digərləri 30 Apr 2019 08:46:00 244 0

Google 46 tətbiqi Play Storedən sildi

"Google" şirkəti  son dövrlərdə "Play Store"də etdiyi dəyişikliklərlə qayda pozanlara qarşı sərt mövqeyini qoruyub saxlayır.

Son.az chip.az-a istinadən bildirir ki, şirkət "DO Global"a məxsus  46 tətbiqi "Play Store"dən silib.

Qeyd edək ki, "DO Global" Baidu şirkətinə məxsusdur. "Google"nin "DO GlobaL"ı cəzalandırmasının səbəbi reklam zamanı qayda pozuntularına yol verməsidir. Bu mövzuda çox radikal mövqeyə sahib olan "Google" bununla bağlı heç bir şərh verilməyəcəyini qeyd edib.

Hal-hazırda "Play Store"dən təkcə "DO Global"a məxsus 46 tətbiq çıxarılsa da yaxın zamanlarda daha çox tətbiqetmələrin silinməsi gözlənilir. Mövzuyla əlaqədar açıqlama verən şirkət hər hansısa uyğun olmayan kiçik detal aşkarlandıqda proqramın bütün incəliklərini araşdırdıqlarını bildirib.