Lazer ilə ultra yüksək sürətli WiFi texnologiyası hazırlanır


Digərləri 30 Apr 2019 08:25:00 247 0

Lazer ilə ultra yüksək sürətli WiFi texnologiyası hazırlanır

Harvardda yerləşən Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin tədqiqatçıları lazeri radio-kommunikasiya vasitəsi kimi istifadə etmənin yolunu tapdılar.

Son.az chip.az-a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının  nəşr etdiyi "Radio frequency transmitter based on a laser frequency comb" adlı məqalədə mühəndislərin mikrodalğalı  cihazlara kabel olmadan radio dalğaları ötürə biləcəkləri məlumatı yer alıb.

Baş tədqiqatçı Federico Capasso bu araşdırmanın yeni elektron-fotonik hibrid cihazların və ultra yüksək sürətli "Wi-Fi"nin inkişafı üçün bir qapı açdığını bildirib. Bu kəşf 2017-ci ildə Capassonun laboratoriyasında apardığı araşdırmadan qaynaqlanır. İnfraqırmızı tezliklərin məlumatları bir kvant lazer işarəsi ilə kabelsiz bağlantı ilə göndərilənlərdən yüz dəfələrlə  daha sürətli məlumat ötürəcəyi məlum oldu.

2018-ci ildə yayılan məlumatlarda bu üsuldan gizli informasiyaların göndərilməsi və alınması üçün istifadə ediləcəyi bildirilirdi. Harvarddan verilən açıqlamaya görə, tədqiqatçılar bu məlumatları yaratmaq və göndərmək üçün nəzərdə tutulan bir sistem inkişaf etdirməyə müvəffəq olublar.