Kaliforniyada terakt hazırlayan şəxs saxlanılıb


Dünya 30 Apr 2019 08:08:00 221 0

Kaliforniyada terakt hazırlayan şəxs saxlanılıb

Polis və FTB-nin əməkdaşları ABŞ-ın Kaliforniya ştatında terror aktının qarşısını alıblar.

Son.az Trend-ə istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları daha əvvəl ABŞ Silahlı Qüvvələrində xidmət edən şəxsi saxlayıblar.

Məlumata əsasən, saxlanılan şəxs Kaliforniyanın cənub hissəsində bir neçə yerdə terror aktı törətməyi planlaşdırırmış.