Full HD ekranlı “Vivo” smartfonu hazırlanır


Digərləri 30 Apr 2019 07:21:00 217 0

Full HD ekranlı “Vivo” smartfonu hazırlanır

Çinin Telekommunikasiya Avadanlıqlarının Sertifikasiyası Agentliyinin (TENAA) saytında "V1730GA" kod işarəli orta səviyyəli yeni "Vivo" smartfonu haqqında məlumatlar yerləşdirilib.

Son.az ICTnews-a istinadən bildirir ki, 6,26 düym diaqonallı və 2280 × 1080 piksel təsvir ölçülü Full HD formatlı ekranın tətbiq edildiyi qurğunun qabaritləri 154,81 × 75,03 × 7,89, çəkisi isə 150 qram təşkil edir.

Bildirilir ki, yeni modeldə adı açıqlanmayan 1,95 QHs takt tezlikli səkkiznüvəli prosessordan istifadə edilib. Alıcılara 4 və 6 giqabayt operativ yaddaş versiyaları arasında seçim imkanı təklif olunacaq.

Ön kamera 16 meqapikselli şəkillər çəkir. Əsas kamera isə 13 və 2 milyon pikselli irəli çəkilmiş sensor blok şəklində hazırlanıb. Arxada barmaq izi skaneri quraşdırılıb.

Quraşdırılmış yaddaşın tutumu 64 giqabayta bərabərdir. Əlavə olaraq "microSD" kartını quraşdırmaq mümkündür. Akkumulyator batareyasının tutumu 3180 milliamper/saat təşkil edir.