Tramp Şimali Makedoniyanın NATO-ya daxil olması barədə protokolu Senata verib


Digərləri 30 Apr 2019 07:21:00 165 0

Tramp Şimali Makedoniyanın NATO-ya daxil olması barədə protokolu Senata verib

ABŞ prezidenti Donald Tramp Şimali Makedoniya Respublikasının NATO-ya daxil olması barədə protokolu Senata verib

Bakı. ABŞ prezidenti Donald Tramp Şimali Makedoniya Respublikasının NATO-ya daxil olması barədə protokolu Senata verib. Trend-in Ağ Ev-ə istinadən verdiyi məlumata görə, fevral ayında Brüsseldə imzalanan protokol üzv ölkələr tərəfindən təsdiq edildikdən sonra Skopyeyə NATO-nun tamhüquqlu üzvü olmağa imkan verəcək. D.Trampın bəyanatında deyilir: "Şimali Makedoniya təhlükəsizlik sahəsində ABŞ-ın möhkəm tərəfdaşıdır, onun NATO-ya üzvlülüyü isə ABŞ-ın və NATO-nun strateji maraqlarına birbaşa sərfəli olacaq".