Səfir: Almaniya Türkiyənin S-400 almasından narahatdır


Digərləri 30 Apr 2019 03:19:00 193 0

Səfir: Almaniya Türkiyənin S-400 almasından narahatdır

Əgər Türkiyə NATO-nun standartlarına uyğun olmayan silah sistemini alırsa, bunun nəticələrini də nəzərə almalıdır

Bakı. Əgər Türkiyə NATO-nun standartlarına uyğun olmayan silah sistemini alırsa, bunun nəticələrini də nəzərə almalıdır. Trend-in "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın Türkiyədəki səfiri Martin Erdman bildirib. Səfire deyib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekləri alması Almaniyada ciddi narahatlıq doğurur.