ABŞ-ın Haitidəki səfirliyi yaxınlığında silahlı insident baş verib


Digərləri 30 Apr 2019 02:28:00 190 0

ABŞ-ın Haitidəki səfirliyi yaxınlığında silahlı insident baş verib

ABŞ-ın Haitidəki səfirliyi yaxınlığında silahlı insident baş verib

Bakı. ABŞ-ın Haitidəki səfirliyi yaxınlığında silahlı insident baş verib. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə bürosunun rəsmi "Twitter" səhifəsində bildirilir. Məlumatda deyilir: "Haiti: səfirliyin arxa girişində odlu silahdan atəş açılır. Sığınacaqlarda gizlənmək əmri səfirlik kompleksinin ərazisində qüvvədədir. Əgər siz səfirliyə gedirsinizsə, gizlənmək üçün təhlükəsiz yer tapın".