Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ olub


Digərləri 30 Apr 2019 00:27:00 191 0

Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ olub

Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ baş verib

Bakı. Türkiyə sahillərində 4,1 bal gücündə zəlzələ baş verib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 21:02-də qeydə alınan yerlatı təkanların episentri Egey dənizində, Çanakkale şəhəri yaxınlığında, ocağı isə 9,22 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.