Amerikalı həkimdən sağlam qidalanma ilə bağlı VACİB TÖVSİYƏLƏR


Digərləri 29 Apr 2019 23:55:00 231 0

Amerikalı həkimdən sağlam qidalanma ilə bağlı VACİB TÖVSİYƏLƏR

Amerkalı həkim Maykl Qreqer "Gəbərmə" adlı pəhriz kitabında sağlam qidalanmanın qaydalarını izah edib. Alim əmin edir ki, belə qidalanmaya əməl edənlər nadir hallarda xəstələnir. Kitaba daxil olan bütün reseptlər bitkilər əsasında hazırlanır və əti istisna edir.

Son.az bu yazıda belə qidalanmanın faydaları və zərərləri ilə tanış edir.

Brokkoli ağciyərləri qoruyur

Maykl Qreqer deyir ki, gündəlik brokkoli istfadəsi ağciyər xərçənginə gətirib çıxaran hüceyrə səviyyəsində DNT-nin zədələnməsinin qarşısını alır və qaraciyərdə detoksifikasiya edən fermentlərin fəallığını artırır.

Brokkolinin ən sadiq dostu meyvələrdir. Onların gündəlik porsiyası ağciyər xroniki obstruktiv xəstəliyinin ölüm riskini 24 % azaldır. Bu zaman insanda tənəffüs çətinləşir, emfizema meydana gəlir və ağciyərdə ağrılı hava yığılır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2015-ci ildə dünyada 3.1 7 mln. nəfər ağciyərlərin xroniki obstruktiv xəstəliyindən ölüb.

Meyvə və tərəvəz rasionu həmçinin astmanı yaxşılaşdıra bilər. Gündə bir neçə əlavə pay meyvə və tərəvəz astma tutmalarının tezliyini iki dəfə azaldır

İnsulta qarşı bir fincan moruq

Bitki pəhrizi insult ehtimalını azalda bilər. Bütün məsələ sellülozadadır, məhz o, orqanizmə kömək edir. Gündə bir fincan moruq insult riskini təxminən 7% azaldır. Buna kalium (bir fincan paxlada kifayət qədər kalium var) əlavə edin, o zaman insult ehtimalını 21% aşağı salacaqsınız.

Dənli bitkilər və tərəvəzlər Alzeymer xəstəliyi ilə mübarizədə kömək edəcək

Tədqiqatlar göstərir ki, Alzeymer xəstəliyinin yaranmasının əsas səbəbi genetika deyil. Bunun səbəbi baş beyin arteriyalarının çirklənməsinə təsir edən standart qida rasionu ola bilər. Bəs Alzeymer xəstəliyinin ən aşağı səviyyəsi hansı ölkədədir? Maykl Qreqer iddia edir ki, Hindistanda Alzeymer xəstəliyinə çox az rast gəlinir. Bu ölkənin sakinlərinin rasionuna bitki mənşəli məhsullar, xüsusilə dənli bitkilər və tərəvəzlər daxildir.

Ədviyyatlar xərçəng şişlərinin yaranmasına mane olur