Saç tökülməsinə qarşı maska


Digərləri 29 Apr 2019 23:20:00 263 0

Saç tökülməsinə qarşı maska

Saç tökülməsi problemi dünyanı narahat edən ən qlobal məsələlərdəndir. Xüsusən də yeni ana olan xanımlar su kimi axan saçların nə olduğunu yaxşı bilirlər. Bahalı vasitələr köməyinizə çatmır? O zaman soğanlı maskanı sınayın.

Son.az xəbər verir ki, soğanlı maska üçün 1 xörək qaşığı soğan suyu, 1 xörək qaşığı bal 1 yumurtanın sarısı, 1 xörək qaşığı ayı pəncəsi yağını qarışdırıb saçlarınıza çəksəniz, möcüzə ilə rastlaşacaqsınız.

Bu maskanı cəmi 1 saat saçınızda saxlayın. Sonra şampunla yuyun. Bu prosedura həftədə iki dəfə təkrarlayın. 2 ay sonra möhtəşəm nəticənin şahidi olun. (publika.az)