Oruc tutanlar qidalanarkən nələrə diqqət etməlidir?


Digərləri 29 Apr 2019 22:49:00 78 0

Oruc tutanlar qidalanarkən nələrə diqqət etməlidir?

Qarşıdan bütün dünya müsəlmanları üçün müqəddəs olan Ramazan ayı gəlir.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycanda bu il Ramazan ayının ilk günü Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən mayın 6-na təsadüf edir.

Oruc tutan şəxsin qidalanma rejimi adi günlərdə qidalanmadan tam fərqlənir. Buna görə də oruc tutmağı asanlaşdırmaq üçün bir müddət əvvəldən bədəni buna hazırlamaq lazımdır. Gün ərzində qəbul edilən qidanın kalorisini azaltmaq və rejimlə qidalanmağa çalışmaq oruc tutmazdan əvvəl bədəninizin yeni qidalanma rejiminə uyğunlaşmasını asanlaşdıracaq.

Əksər insanlar imsak zamanı yeməkdən imtina edirlər. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan qoruyar.

İmsakadan yarım saat öncə iki stəkan su içilməsi məsləhətdir. İmsakda daha çox enerjili qidalara üstünlük vermək lazımdır. Lifli qidaların qəbulu qandakı şəkəri tənzimləyir. Bal və mürəbbə isə məsləhət deyil. Çünki qandakı şəkəri ani sürətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. İmsakda süd, şit pendir, qaymaq və digər ağartı məhsulları, yumurta, şorba, tərəvəz, yarma plovu kimi yeməklər yeyilə bilər. Yeməklərlə birlikdə təzə meyvə və ya qoz, badam kimi quru qidaların qəbul edilməsi enerji və mineral baxımından dəstəkləyici ola bilər. Ümumiyyətlə, bədəndə su saxlayan qidalara daha çox üstünlük vermək lazımdır.

Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içməyin, bitki çaylarına, az şəkərli kompotlara üstünlük verin. Əgər səhər düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq.

Orucu ilıq su ilə açmaq lazımdır. İlıq su ilə mədə yumşalmalıdır ki, qidanı qəbul etməyə hazır olsun. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Təbii ki, əvvəlcə ən yüngül qidaların, yəni meyvə-tərəvəzin qəbulu daha yaxşı olar.

Oruc tutanlar qidalanarkən nələrə diqqət etməlidir? like
  • 29 Apr 22:45  
Digərləri Oruc tutanlar qidalanarkən nələrə diqqət etməlidir?

Qarşıdan bütün dünya müsəlmanları üçün müqəddəs olan Ramazan ayı

arrow Ətraflı
"Titanik" gəmisində tapılan konyak qabı hərraca çıxarılıb like
  • 29 Apr 22:44  
Digərləri "Titanik" gəmisində tapılan konyak qabı hərraca çıxarılıb

"Titanik" gəmisində tapılan konyak qabı hərracda 76 min funt-ster

arrow Ətraflı
Danimarkada bir ilk  onlardan ordu qurulur like
  • 29 Apr 22:40  
Digərləri Danimarkada bir ilk onlardan ordu qurulur

Danimarka Hava Qüvvələri yaxşı kompüter oyunu oynayanları pilot, uçuş

arrow Ətraflı
Parisin mərkəzində otel yanıb, xəsarət alanlar var like
  • 29 Apr 22:37  
Dünya Parisin mərkəzində otel yanıb, xəsarət alanlar var

Fransanın paytaxtı Parisin mərkəzində "Pullman" otelində yanğı

arrow Ətraflı
Parisin mərkəzində otel yanıb, xəsarət alanlar var like
  • 29 Apr 22:31  
Digərləri Parisin mərkəzində otel yanıb, xəsarət alanlar var

Fransanın paytaxtı Parisin mərkəzində "Pullman" otelində yanğın olub

arrow Ətraflı
Beli incəldən ən effektiv hərəkət  VİDEO like
  • 29 Apr 22:22  
Digərləri Beli incəldən ən effektiv hərəkət VİDEO

Hər qadın istəyir ki, güclü qarın əzələləri və incə beli olsun, anca

arrow Ətraflı
Azərbaycanda qızılgümüş bahalaşdı like
  • 29 Apr 22:19  
Digərləri Azərbaycanda qızılgümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı
Azərbaycanda qızıl-gümüş bahalaşdı like
  • 29 Apr 22:15  
Digərləri Azərbaycanda qızıl-gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb

arrow Ətraflı
Məşhur pilates ustasından qadınlara arıqlamaqla bağlı vacib tövsiyələr like
  • 29 Apr 22:13  
Digərləri Məşhur pilates ustasından qadınlara arıqlamaqla bağlı vacib tövsiyələr

Türkiyənin məşhur modeli və pilates mütəxəssisi Ebru Şallı artıq çə

arrow Ətraflı