"Titanik" gəmisində tapılan konyak qabı hərraca çıxarılıb


Digərləri 29 Apr 2019 22:44:00 345 0

"Titanik" gəmisində tapılan konyak qabı hərraca çıxarılıb

"Titanik" gəmisində tapılan konyak qabı hərracda 76 min funt-sterlinqə satılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Edvard Kentə məxsus olan qab Viltşayr şəhərində "Henry Aldridge & Son" şirkəti tərəfindən hərraca çıxarılıb.

Qeyd edək ki, gəmi 1912-ci il aprelin 14-də Atlantik okeanında aysberqlə toqquşduqdan 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1514 nəfər həlak olub.