Bədəndə maddələr mübadiləsini sürətləndirməyin 5 YOLU


Digərləri 29 Apr 2019 22:34:00 216 0

Bədəndə maddələr mübadiləsini sürətləndirməyin 5 YOLU

Yay ayları yaxınlaşdıqca arıqlamaq, artıq çəkidən qurtulmaq istəyənlərin sayı artır. Bunun üçün isə metabolizmi gücləndirmək lazımdır.

Son.az ölkə.az-a istinadən metabolizmi gücləndirməyin 5 üsulunu təqdim edir.

1.Səhər yeməyindən imtina etməyin

İşiniz çox olduğu üçün və ya kalori qəbulunu azaltmaq üçün səhər yeməyindən imtina edirsiniz. Amma araşdırmalar sübut edib ki, əslində bu, çəki artımına səbəb olur. Səhər yeməyində qaynadılmış yumurta, qatıq, pendir kimi proteinli qidalar qəbul etmək lazımdır.

2.Daha çox protein qəbul edin

Yumurtanın ağı, pendir, yağsız ət, toyuq və balıq kimi qidalarda olan proteinlər piyin əriməsini sürətləndirir və arıqlamağa kömək edir.

3.Un məhsullarından uzaq durun

Çörək, makaron, şirniyyat kimi un məmulatlarından uzaq durun. Çünki bu qidalar həddən artıq insulin ifrazına səbəb olur və kökəlmə ilə nəticələnir.