Beli incəldən ən effektiv hərəkət VİDEO


Digərləri 29 Apr 2019 22:22:00 329 0

Beli incəldən ən effektiv hərəkət  VİDEO

Hər qadın istəyir ki, güclü qarın əzələləri və incə beli olsun, ancaq bu, çox səy tələb edən çətin məsələdir. İncə belə nail olmaq üçün siz trenajor zalında çoxlu vaxt sərf etməli və yalnız bundan sonra hər hansı nəzərəçarpacaq nəticələr əldə edə bilərsiniz.

Son.az xəbər verir ki, qarın piylərini çox sadə hərəkətlə düzləşdirə bilərsiniz. Bunun üçün qarın boşluğuna doğru hərəkət etməlisiniz. Bu əla məşqi hər gün evdə yerinə yetirmək olar. O həm qarnı arıqladacaq, həm əzələ tonusunu bərpa edəcək, həm də daxili orqanları masaj edəcək.

Əlavə məsləhətlər:

1. Əgər qarın vakuumundan başlamaq istəyirsinizsə, bunu səhər tezdən mədə boş olduğu zaman yerinə yetirmək yaxşıdır.

2. Yeni başlayanlar məşqi gün ərzində 3 dəfə və 3-4 dəqiqə təkrar edə bilər. Daha çox etmək məsləhət deyil, bədəni birdən-birə yükləmək ürək bulanmaya və baş hərlənməsinə səbəb ola bilər.