Siqaret çəkməyənlər niyə ağ ciyər xərçənginə tutulur?


Digərləri 29 Apr 2019 22:16:00 247 0

Siqaret çəkməyənlər niyə ağ ciyər xərçənginə tutulur?

London Universitet Kollecinin tədqiqatçıları siqaret çəkməyən insanlar arasında ağ ciyər xərçənginin meydana gəlmə səbəbini açıqlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Journal of the Royal Society of Medicine" nəşrində məqalə dərc olunub.

Alimlərin sözlərinə görə, istehsalat sahələrində zərərli maddələrlə təmas, həmçinin şəhərlərdə havanın çirklənməsi və passiv siqaret çəkmə ağ ciyər xərçəngi inkişafının əsas səbəblərindəndir.

Kollecin onkoloji tədqiqatlar mərkəzinin direktoru - professor Mik Rik əmin edir ki, siqaret çəkməyən əksər insanlar onlarda belə bir onkoloji xəstəliyin meydana gələ biləcəyinə inanmır.