Bu qidalarla hər gün xərçəngə bir addım daha yaxınlaşırıq TƏHLÜKƏ SİQNALI


Digərləri 29 Apr 2019 22:06:00 232 0

Bu qidalarla hər gün xərçəngə bir addım daha yaxınlaşırıq  TƏHLÜKƏ SİQNALI

Dövrün ən faciəvi xəstəliklərindən, bəlkə, birincisi olan xərçəngin yaranma və inkişaf səbəblərindən biri də düzgün qidalanmamaqdır.

Son.az xəbər verir ki, qida mütəxəssisləri xərçəng xəstəliyinə səbəb ola biləcək 14 qida növü kateqoriyasını açıqlayıb.

Maye və trans yağlar

Maye yağlar uzun müddət təzə qala bildikləri üçün paketlənmiş qidalarda istifadə olunur. Bədəndə xərçəngə səbəb ola biləcək hüceyrələrə ciddi təsiri var.

Ağ un

Ağ un dəyirmanlarda kimyəvi maddə olan xlorla ağardılır. Buna görə də fabrikatlaşmış un xərçəngin səbəblərindən biri sayılır.

Süni şəkər

İnsanların paketləşdirilmiş qidalardan yeyərək kökəlməməsi üçün həmin qidalara əlavə edilən süni şəkər, xüsusilə, aspartam bədəndə toksiki maddəyə çevrilir.

Duzlu qidalar

Duzlu qidalar duz və sirkə ilə sərtləşdirilir. Əlavə olaraq süni rəng də qatılır. Sirkə təkbaşına sağlamlığa xeyirdir. Lakin turşu kimi qidalarda yüksək duz səviyyəsi ilə birləşdikdə sağlamlığa zərər vura bilər.

Konserv

Konservdə sağlamlığa təhlükəli ola biləcək detal fabrik şəraitidir. Bütün aliminium qutularda xərçəngə yol aça bilən BPA var. Pomidor və turşu miqdarı yüksək olan digər qidaları konserv qutusundan yemək təhlükəlidir.

Çips

Çipsin təkibində yüksək səviyyədə sodium və yağla bərabər, bədənin tanıya bilmədiyi süni dadlar, qoruyucu maddələr və qida boyaları var. Yüksək temperaturda qızardılır və arzu olunan xırtıltının əldə edilməsi təmin olunur. Bu, siqaretin bədənə verdiyi zərərlə eyni səviyyədə ölçülür.

Təbii olmayan meyvə və tərəvəzlər

Təbii olmayan məhsullarda atrazin, tiodikarb orqanofosfatlar kimi təhlükəli pestisetlər var. Atrazin insanlarda sonsuzluq kimi ciddi problemlərin yaranmasına səbəb olur. Avropa ölkələrində bu maddənin istifadəsi qanunla qadağan olunub. Təəssüf ki, təbii olmayan meyvə və tərəvəzləri yumaqla ondakı zərərli maddələri yox etmək mümkün deyil.

Yarımfabrikat və hisə verilmiş qırmızı ət