Formula 1-ə görə hərəkət sxemi dəyişdirilən 17 marşrutun əvvəlki istiqaməti nə vaxt bərpa ediləcək?


Digərləri 29 Apr 2019 21:50:27 207 0

Formula 1-ə görə hərəkət sxemi dəyişdirilən 17 marşrutun əvvəlki istiqaməti nə vaxt bərpa ediləcək?

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar paytaxtda hərəkət sxemində dəyişiklik edilən 17 marşrut xəttinin əvvəlki sxemi hələ bərpa edilməyib.

Bakı. Samir Əli - Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar paytaxtda hərəkət sxemində dəyişiklik edilən 17 marşrut xəttinin əvvəlki sxemi hələ bərpa edilməyib. Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, marşrutların hərəkət sxeminin əvvəlki vəziyyətə qaytarılması üçün yolda hərəkət tam təmin olunmalıdır: "Yolda hərəkət bərpa ediləndən sonra avtobuslar əvvəlki istiqamət üzrə hərəkət edəcək. Eyni zamanda Lökbatan dairəsindən Funikulyor istiqamətinə 5A adı altında təşkil edilən müvəqqəti marşrut xəttinin fəaliyyətinə də xitam veriləcək" Xatırladaq ki, Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar aprelin 22-dən etibarən Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edirlər.