Bronxial astma ilə bronxitin fərqi Səbəblər, müalicə


Digərləri 29 Apr 2019 21:42:00 275 0

Bronxial astma ilə bronxitin fərqi  Səbəblər, müalicə

Azərbaycanda uşaqdan tutmuş yaşlıya kimi əksər insanda rast gəlinən tənəffüs traktı xəstələrindən ən birincisi bronxit və bronxial astmadır. Bu iki xəstəliyi birləşdirən oxşar simptomlar çoxdur. 

Hətta el arasında deyirlər ki, bronxitin üstünə düş, tez müalicə etdir, yoxsa astma olarsan.

Son.az bildirir ki, medicina.az insanları təngə bronxitlə bronxit astmanı fərqləndirmək yollarını araşdırıb.

Çox zaman həkimlər interpritasiyada yanlışlıq edərək, bronxial astmanı kəskin bronxit kimi müalicə edir, əksinə bronxit olana astma dərmanları təyin edirlər.

Bu halda düzgün müalicədən söhbət gedə bilməz.

Astma və bronxitdə oxşar-fərqli əlamətləri: 

-Hər ikisi öskürəklə başlayır. Güclü, üzücü, gecələr artan öskürək.  -Bronxitdə öskürək quru və yaş, bəlğəmli ola bilər. Astmada isə öskürək quru, tutma şəkilli, səsli olur.

-Bronxitdə bədən temperaturu yüksəlir, baş ağrısı, sanki qrip, zökəm kimi əlamətlər olur, insan özünü pis hiss edir.

-Bronxitdə döş qəfəsində ağrı və sıxılma olur

-Astmada isə boğucu öskürək, sanki nəfəs çatışmır xarakter alır. İnsanda təngnəfəslik olur.

-Astmada sinədən xırıltı, küy səsi gəlir, tənəffüs pozulur, tutmalar gecə və səhər tezdən güclənir.

-Astmada öskürək, nəfəs darlığı tüstülü havada, siqaret çəkilən yerdə, fiziki iş və idman zamanı, qaçanda artır

Bronxial astması olan xəstələrin eyni zamanda bronxit də inkişaf edə bilər:  Bronxit, eləcə də astmalı xəstələrdə bronxit ciddi xəstəxana rejimində, həkim nəzarətində müalicə olunmalıdır.

Bu xəstəlik ayaq üstə sağalan xəstəlik deyil.

Diaqnostika: