Portuqaliyalıların əksəriyyəti tam iş ştatında çalışmır


Digərləri 29 Apr 2019 21:12:00 239 0

Portuqaliyalıların əksəriyyəti tam iş ştatında çalışmır

Portuqaliyanın əmək bazarında qeyri-sabit vəziyyətin olması ilə bağlı ölkədə daimi iş yerlərinin çatışmazlığı müşahidə edilir. Bu göstəricilər "Employment Outlook 2019" İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında təqdim edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatların dərc edilmiş nəticələrinə görə, 2011-ci ildə tam iş ştatında çalışmayanların sayına görə 11 ölkə, 2018-ci ildə isə yalnız 6 ölkə Portuqaliyadan irəlidə olub. İspaniya, İtaliya və Yunanıstanda da özünü göstərən tendensiyanı bu yaxınlardakı iqtisadi böhranla əlaqələndirirlər.

Həmçinin hesabata görə, Portuqaliya ali təhsilə malik gənc mütəxəssislərin əməkhaqlarının aşağı salındığının müəyyən edildiyi ölkələrin altılığına daxildir. Buna bənzər meyillər İrlandiya, İspaniya, Çexiya, İsveç və Macarıstanda da müşahidə edilir.