Artıq insanın düşüncələrini oxumaq mümkün olacaq yeni kəşf VİDEO


Digərləri 29 Apr 2019 21:18:00 203 0

Artıq insanın düşüncələrini oxumaq mümkün olacaq  yeni kəşf  VİDEO

Kaliforniya universitetinin alimləri yeni açıqlama ilə çıxış ediblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, alimlər süni intellektdən istifadə edərək insan beynindən gələn siqnalları oxumağı bacarıblar. Biz bu siqnalları düşüncə adlandırırıq. Ehtimal edilir ki, bu texnologiyadan istifadə etməklə lal insanlar asanlıqla danışa biləcəklər.

Məsələ burasındadır ki, biz hətta düşünəndə də beynimizin müəyyən hissəsi aktivləşir. Bu hissə isə dodaqların hərəkətinə cavab verən hissədir. Xüsusi qurğu isə bu aktivliyi qeydə alır və sintezləşdirilmiş səsə çevirir. Texnologiyanın hazırlanmasında könüllülər iştirak edib. Onların başına xüsusi elektrodlar qoşublar. Könüllülər uşaq kitablarından müəyyən hissələri beyinlərində təkrar ediblər. İki süni neyron şəbəkəsi isə alınan siqnalları səsə çevirib.