Azərbaycan və Bolqarıstan TransXəzər marşrutu ilə yükdaşımaların inkişafını müzakirə edəcək


Digərləri 29 Apr 2019 21:00:00 241 0

Azərbaycan və Bolqarıstan TransXəzər marşrutu ilə yükdaşımaların inkişafını müzakirə edəcək

Bolqarıstanın Liman İnfrastruktur (BPI) şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər regionunda nəqliyyat və logistikanın hazırkı vəziyyətini müzakirə edəcək.

Son.az bildirir ki, bunu Trend-ə BPI şirkətinin ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin rəhbəri Mariella Qançovska deyib.

O bildirib ki, gələn ay Aktauda keçiriləcək "Caspian Ports and Shipping 2019" sərgi və konfransı çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktor müavini Vahid Əliyevlə görüşəcək:

"Konfrans çərçivəsində bizim Xəzər regionunda nəqliyyat və logistikanın hazırkı vəziyyətini və Trans-Xəzər beynəlxalq marşrutu ilə multimodal daşımaların inkişafını müzakirə etmək imkanı olacaq".

O əlavə edib ki, BPI Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Avropa Dəniz Limanları Təşkilatında müşahidəçi statusunun alınması üçün müraciətini dəstəkləməkdə davam edəcək.