Əhali 3 ayda rabitə xidmətlərinə 463 milyon manat xərcləyib


Digərləri 29 Apr 2019 20:27:00 197 0

Əhali 3 ayda rabitə xidmətlərinə 463 milyon manat xərcləyib

2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 463,5 milyon manatlıq xidmət göstərib.

Son.az Trend-ə istinadən bildirir ki, xidmətin 71,5 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 43,6 faizi və ya 201,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.