Bu ölkədə niqab qadağan olundu


Dünya 29 Apr 2019 20:29:00 209 0

Bu ölkədə niqab qadağan olundu

Şri Lankada terror hücumlarından sonra müsəlman qadınlara niqab geyinmək qadağan edilib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu qərar Nazirlər Kabnetinin toplantısında gündəmə gətirilib.

Qərara əsasən, Şri Lanka ərazisində üzü əhatə edən və təhlükəsizlik riski yaradan geyimlərin geyinilməsi rəsmi şəkildə qadağan olunub.

Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri Lankada silsilə partlayışlar törədilib və partlayışlar zamanı 359 (bəzi məlumatlara görə 260) adam həyatını itirib.