Müğənni: Azərbaycanda incəsənət sahəsinə göstərilən qayğıya çox az ölkədə rast gəlinə bilər (VİDEO)


Digərləri 29 Apr 2019 19:41:54 184 0

Müğənni: Azərbaycanda incəsənət sahəsinə göstərilən qayğıya çox az ölkədə rast gəlinə bilər (VİDEO)

Azərbaycanda incəsənət sahəsinə göstərilən qayğıya çox az ölkədə rast gəlinə bilər.

Bakı. Ayşəm Rüstəmova - Azərbaycanda istedadlı gənc sənətçilər çoxdur. Bunlardan biri də gənc müğənni Xəyyam Nisanovdur. O, Azərbaycan musiqisini xarici ölkələrdə layiqincə təmsil edir, paytaxtımız, milli mətbəximiz, adət-ənənələrimizin təbliğatını aparır. Müğənni deyir ki, dövlətin mədəniyyət və incəsənətimizə önəm verməsi, bu sahəyə böyük diqqət və qayğı göstərməsi sənət adamlarını bu işə daha da ruhlandırır. Xəyyam Nisanov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib: "Mənim üzərimə çox xoş bir yük düşüb ki, musiqimizi digər ölkələrdə təmsil edə bilirəm. Nəinki musiqimizi, mən deyərdim ki, hətta adət-ənənələrimizi. Çünki bizim adətlərimiz çox gözəldir. Moskvada və ya Rusiyanın hər hansı bir şəhərində, eləcə də Almaniyada, Fransada olanda haradan olduğumu soruşurlar. Mən deyirəm ki, Azərbaycandan, Bakıdanam. Bu şəhəri tanıdıqlarını, burada olduqlarını bildirirlər. Bu, həm mənim üçün, həm də bizim Vətənimiz üçün çox sevindirici haldır. Artıq xaricilər də bizim adətlərimizi bilir, bizim onlara qarşı diqqətimizi görürlər". Müğənni qeyd edib ki, Azərbaycanda incəsənət sahəsinə göstərilən qayğıya çox az ölkədə rast gəlinə bilər: